Hindistanda elektron siqaretlərdən istifadəyə qadağa qoyulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə və korporasiya işləri naziri Nirmala Sitaraman bildirib.
“Elektron siqaretlərin istehsalı, idxalı, ixracı, nəqli, saxlanılması, reklamı qadağan edilir”, - nazir deyib.