Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
Unikal.org 78.ru-ya istinadən xəbər verir ki, hadisə şəhərin Frunze rayonunda 04:30 radələrində baş verib.
20 yaxın azərbaycan və ermənistan vətəndaşları arasında qarşı durma nəticəsində bıçaq və travmatik tapançadan istifadə olunub. Ümumilikdə 5 nəfər ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri məlum deyil. 25 yaşlı azərbaycan vətəndaşının saxlanıldığı deyilir.
Rusiyanın bəzi KİV-ləri bu hadisəni şəhərdə iki ölkənin diaspor təşkilatları arasında yaranan fikir ayrılığı ilə bağlayıb. Xəbərdə bildirilir ki, bu səbəbdən dava iki diasporunun nümayəndələri arasında baş verib.