ABŞ-da 32 yaşlı Maqqi Kristin Stastni adlı qadın müəllimin dərs keçməsi üçün göndərildiyi islah evində yetkinlik yaşına çatmayan bir məhkumla cinsi əlaqədə olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kolorado ştatında baş verib. Hətta 32 yaşlı qadın müəllim yeniyetmə məhkuma onunla cinsi əlaqədə olması üçün külli miqdarda pul təklif edib.
Stastninin əməli "Facebook"da bir dostu ilə mesajlaşarkən ortaya çıxıb. Belə ki, o bu ilin əvvələrində dərs keçmək üçün getdiyi islah evində bir uşaqla cinsi münasibətdə olduğu barədə danışıb. Stastninin rəfiqəsi onun dedikləri qarşısında şoka düşüb və polisə məlumat verib. 32 yaşlı müəllim bundan sonra həbs olunub.
Bundan sonra Stastni işlədiyi litseydən də qovulub.