İstanbul Bələdiyyə Sədri  Əkrəm İmamoğlu  və İzmir Bələdiyyə Sədri Tunç Soyer Harbiyədə səhnə alan Tarkanın konsertinə gedib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, konsertə gələn Soyer və İmamoğluna tərif deyib. 

Bələdiyyə Sədrləri konserti  həyat yoldaşlarıyla birlikdə izləyiblər. 

İmamoğlu və Soyer cütlükləri səhnəyə çıxan müğənnin mahnılarına müşayiət edib. 

Meqastar bələdiyyə sədrlərinə konsertini izləməyə gəldikləri  üçün təşəkkür edib: 

"Gülümsəyən üzünüz, səmimiyyətiniz və təbiiliyinizlə İstanbulda gün kimi doğuldunuz.  Ümid edirəm çox gözəl işlər görəcəksiniz. İnanırıq. Yanınızdayıq. Sizi sevirik. Bu axşam konsertimə gəlməklə məni şərəfləndirdiniz".