ABŞ-ın Kolorado ştatında sərnişin qatarı avtomobillə toqquşub.
 
"NBC News"nin məlumatına görə, qəza nəticəsində avtomobildə olan 5 nəfər ölüb. Onlardan 4-ü uşaqdır. Avtomobildə olan bir nəfər sağ qalıb.
 
İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.
 
Çikaqodan Los-Anceles istiqamətində hərəkət edən qatarda olan 280 sərnişindən heç biri xəsarət almayıb. (APA)