İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmçinin xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. Şəhərdəki Avropa-Asiya körpüsündə uzun avtomobil tıxacı yaranıb.
Yeraltı təkanlar nəticəsində şəhərdə yaranan dağıntıların miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.
***13:09
Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, yerli vaxtla saat 10:32-də 3,6 bal gücündə qeydə alınan zəlzələnin episentri Mərmərə dənizinin Slivri sahilləri olub.
Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) təkanın yerin 7,78 kilometr dərinliyində baş verdiyini bildirib.
Təbii fəlakət zamanı dağıntı olmayıb.
Qeyd edək ki, sentyabrın 24-də Silivridə 4,6 bal gücündə zəlzələ olmuşdu.