İstanbulda böyük çaxnaşma yaradan zəlzələ ilə bağlı Türkiyə Prezident Ərdoğan açıqlama verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident sosial şəbəkə istifadəçilərini yalan sözlərlə xalqı altamamağı çağırıb:
"Bu günə kimi 28 təkan hiss edilib. Bu vəziyyət davam edə bilər. Daha sonra arta bilər. Zəlzələdə 8 vətəndaşımız yaralanıb.
Bu cür zamanlarda bilirsiniz çox açıqlama verənlər olur. Bu cür şərhlər kimsəni yanıltmasın. Az əvvəl sosial şəbəkədə izlədim bir qadın bir "tweet" atıb. Bu "tweet"də 'körpüləri istifadə etməyin, körpünün kəndirləri qopdu" yazılıb. Belə edənlər də var. Belə bir şey mövzu deyil".