Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.
Unikal.org xəbər verir ki, H.Ruhani İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq.
Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.