Britaniya Baş naziri Boris Conson parlamentin buraxılmasına icazə aldığı üçün kraliça II Yelizavetadan üzr istəyib.
Unikal.org xəbər verir ki, bu məlumatı "Sandey Tayms" öz mənbələrinə istinadən yayıb. Qəzet Consonun kraliçaya Ali Məhkəmənin qərarından az sonra zəng etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya Ali Məhkəməsi parlamentin buraxılması barədə Consonun qərarını ləğv edib.