Arif Quliyev nazirliyin baş cərrahını otağa buraxmayıb
12:03 16-10-2012
CƏMİYYƏT
Arif Quliyev nazirliyin baş cərrahını otağa buraxmayıb
Xəstəxanada yenidən yoxlamalar başlayacaq
Ağcəbədi rayonunda deyəsən Mərkəzi xəstəxana sözün həqiqi mənasında rüşvət yuvası ilə yanaşı həm də zülm yuvasına çevrilib.
“Unikal”a daxil olan məlumata görə xəstəxanada müalicə almağa gedən vətəndaşların sayı günbə-gün azalır. Çünki bu xəstəxanada həkim səhlənkarlığı ilə yanaşı xəstələrdən tələb olunan pul o həddə olur ki, tələb olunan məbləğlə Bakıda belə rahatlıqla müalicə olunmaq mümkündür. İş orasındadır ki, xəstəxananın baş həkimi Arif Quliyevə rayonda dur deyəcək səviyyədə məmurda yoxdur. Hətta bir neçə həftə öncə xəstəxanada yeyinti faktları ilə bağlı ciddi faktlar ortaya çıxandan sonra Maliyyə Nazirliyi xəstəxanaya yoxlamada göndərdi. Amma yoxlamaların nəticələri sonra ortaya çıxmadı. Sadəcə olaraq aydın oldu ki, yoxlamalar zamanı baş mühasiblə xəstəxananın baş həkimi arasında ciddi inisident baş verdi və bundan sonra hər ikisi ortaq məxrəcə gələ bildilər və yoxlamanı beləliklə yola verə bildilər.Amma daha gülməli hal bu günlərdə baş verib. Rayon xəstəxanasındakı biabırçılıqlarla bağlı Səhiyyə Nazirliyinə çoxlu şikayətlər daxil olub və buna görə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov xəstəxanaya ezam olunub. Amma xəstəxananın baş həkimi Arif Quliyev həmin vaxt anlaqsız vəziyyətdə baş cərrahı otaqdan qovub. Mənbə bildirir ki, baş həkimin bu hərəkəti nazir Oqtay Şirəliyevi əsəbləşdirib və buna görə xəstəxanada yenidən yoxlamaların başlayacağı və məsələyə Respublika Prokurorluğununda müdaxilə edəcəyi gözlənilir.
Fuad
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44