Bayaqdan bir xanımla söhbət edirəm, başına gələn bir müsibətdən danışır. Sözün əsl mənasında "müsibətdir".
 
Deməli, 17yaşında universitetə hazırlaşan bir abituriyent olan bu qıza evinə hazırlığa getdiyi müəlliməsinin oğlu təcavüz edib. Həmin gün müəllimə evdə olmadığından oğluna şagirdlərə bu haqda məlumat verməsini deyib. Oğlu da bu qızdan başqa digər şagirdlərə dərs olmayacağını xəbər edib. Qız müəllimənin evinə gəlib həmişəki qaydada keçib içəridə oturub, oğlan isə anasının marketə getdiyini, az sonra gələcəyini söyləyərək qıza eşqini elan etməyə başlayıb. Bir qədər sonra isə qızı zorlayaraq yataq otağına apararaq təcavüz edib. Sonda qıza, bakirəliyini bərpa etməsi ilə bağlı kömək edəcəyini söyləyərək qorxmamasını bildirib. Həyatda bədbəxt olduğunu anlayan bu azyaşlı qız beyni dumanlı halda evinə qayıdıb. Lakin evdə heç kimə bu barədə məlumat verməyib. Qorxu hissi və hamının onu günahlandıracağını düşünərək özünə qapanıb. Sonra oğlan qıza mesajlar yazaraq nəzakətlə onunla danışıb, vəziyyətin nə yerdə olduğunu bilmək üçün halını xəbər alıb. Qızın kimsəyə bir şey demədiyini anladıqadan sonra "üzülmə, bir iş idi oldu da" deyib uzaqlaşıb və hal hazırda oğlan evlidir. 
İndi "azərbaycansayağı və mentalitet göyçəkləri" günahı qızda görəcəklər.
Bes bu mənliyini itirmiş kişi adına ləkə gətirən bu "kişiciyə" kim dur deyəcək? İtirəcək bir şeyi olmayan bu şərəfsiz artıq ailə sahibidir, amma bu qız hələ də gələn elçiləri geri qaytarır. 6il keçməsinə baxmayaraq psixalogiyasını tənzimləyə bilməyən bu qız neynəməlidir? Ömrünün axırına qədər bu şəkildə yaşamalı, ailə qurmamalıdır? Namusdan, qeyrətdən xəbəri olmayan bir mənəviyyatsızın özünə sahib çıxa bilməməsinə görə həyatını qaraltmalıdır? Danışacaq kimsəsinin olmaması və polisə şikayət edə bilməməsinin səbəbi isə bizim mentalitet qavramımızdır. Kiməsə desə o an o qız bəlkədə ölməkdən betər olardı, polisə şikayət üçün isə bəlkədə aylarla gedib-gəlməli və sonda oğlanın pulu hesabına söhbətin bağlanacağı qaranti olacaqdı.... Həyatımızı məhdudiyətlərlə dolu ölkəmizdə məhdudiyyətli və çərçivəli mentalitetimizə qurban verməyək, haqqımızı tələb etməyi bacaraq, tapdanan hüquqlarımızı qoruyaq!!!