Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Zakari Qross arasında görüş keçirilib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.