Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.
Hələlik bu vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.