Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.
Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.
Famil Fərhadoğlu