Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov səlahiyəti çərçivəsində sonuncu imzaladığı sərəncamın mətni yayımlanıb.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçiləri" haqqında Novruz Məmmədovun sərəncamı ilə yayımladığı sənəddə deyilir:
"“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 453; 2007, № 11, maddə 1179; 2008, № 9, maddə 863; 2014, № 3, maddə 310; 2018, № 3, maddə 615) 1-ci hissəsində “594 (beş yüz doxsan dörd)” rəqəm və sözləri “890 (səkkiz yüz doxsan)” rəqəm və sözləri ilə əvəz edilsin. 2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir."