Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.
Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 11 oktyabr 2019-cu il tarixində saat 12:00-da Mingəçevir şəhərində Mingəçevir və Ağdaş sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Yevlaxda rayon sakinlərini qəbul edəcək.
Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcəklər.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.
Bunun üçün vətəndaşlardan Mingəçevir şəhərində 024 2752999, Ağdaş rayonunda 020 2355158, Yevlax rayonunda 022 3364646 nömrəli telefona zəng etmələri xahiş olunur.