Füzuli Ələkbərova tikinti sürprizi
11:20 18-10-2012
CƏMİYYƏT
Füzuli Ələkbərova tikinti sürprizi
Əmək və əhalinin sosial müdafiə naziri səlahiyyətini itirə bilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti işləri nazirlikdən alınaraq başqa quruma verilə bilər. Burada söhbət xüsusilə əlillər üçün mənzillərin inşasından və pansionatların tikintisindən gedir. Məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən mənbə verib.
Mənbənin deməsinə görə, bir müddət əvvəl təhsil naziri Misir Mərdanovun yaşadığı aqibəti indi də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yaşaması realdır: “Məsələ burasındadır ki, məktəblərin tikintisindəki korrupsiya şübhələri və keyfiyyətsiz inşaat işləri sonucda bunun Misir Mərdanovun əlindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilməsi ilə sonuclandı. Eyni şübhələrin əlillər üçün mənzillərin və s. inşasında rastlanması Füzuli Ələkbərovun oxşar aqibəti yaşamasına gətirib çıxara bilər. Nazirin tikinti səlahiyyətlərinin də icra hakimiyyətinə verilib-verilməyəcəyini söyləmək çətindir, amma ümumilik də Ələkbərovun da Mərdanov taleyini yaşaya biləcəyinə dair iddialar yetərincə ağlabatan təsir bağışlayır”.
Məlumat redaksiyamıza gec daxil olduğundan onu dəqiqləşdirə bilmədik.
Əlavə olaraq onu deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyəti adlı qurum var və bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin “vaxtında və yüksək keyfiyyətlə icrasına və istifadəyə verilməsinə, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə” bir neçə il əvvəl yaradılıb.
Müdiriyyət Azərbaycan Respublikasında Nazirlik tərəfindən inşa edilən və təmir olunan bütün obyektlərin, digər əsas fondların tikintisinə və təmirinə ayrılan vəsaitlər hesabına görülən işlər üzrə Nazirlik tərəfindən ona həvalə edilmiş nəzarət funksiyalarını yerinə yetirir. Müdiriyyət qanunvericiliyə müvafiq olaraq təsərrüfat hesablı prinsiplər əsasında fəaliyyət göstərir. Müdiriyyətin fəaliyyətinə nəzarəti birbaşa Nazirlik həyata keçirir. Müdiriyyətin fəaliyyətinə direktor rəhbərlik edir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri mövcud qanunvericiliyə və Nazirliyin Əsasnaməsinə müvafiq olaraq müdiriyyətin strukturunu təsdiq edir və müdiriyyətin direktorunu, Nazirliyin vəzifə nomenklaturasına aid olan digər məsul işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
Kağız üzərində yazılanlardan fərqli olaraq adıçəkilən qurumun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bildiyinə dair şübhələr var. Və həmin şübhələr reallıqdan çox da uzaq görünmür.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00