Xəbər verdiyimiz kimi, Türkiyə ilə ABŞ arasındakı müqaviləyə əsasən YPG terror təşkilatına verilən müddət bu axşam başa çatacaq.
Unikal.org xəbər veirr ki, müddətin bitməsinə 14 saatdan az vaxt qalmış Amerikada qalmaqala səbəb olan görüş baş tutub. Belə ki, ABŞ-da PKK və YPG-nin Suriyadakı davamı SDG təşkilatının həmsədrlərindən biri İlham Əhmədi qəbul ediblər.
Görüşdə Ankaraya qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə rəhbərlik edən Demokrat senator Kris Van Hollen və Respublikaçı Lindsey Graham iştirak edib. Senator Kris Van Hollen, terror təşkilatı kapitanı İlham Əhməd ilə baş tutan görüşü haqqında "tvitter"də məlumat verib. O terror təşkilatı rəhbəri İ.Əhmədini " "Suriya kürdlərinin ən yüksək siyasi nümayəndəsi" adlandırıb:
"İlham Əhmədlə toplantımızdan sonra şimal-qərbi Suriyada yaranan vəziyyətlə bağlı daha çox narahatıq. Konqres elə indi kifayət qədər amerikalı əsgərlərin Suriyada qalmağını təmin etməli, hava əməliyyatını sığortalamalı və Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün bir araya gəlməlidir” deyə bildirib.