Suriya prezidenti Bəşər Əsəd İdlibə səfər edib.
Unikal.org xəbər verir ki, Əsəd İdlibdə Suriya Ərəb Ordusuna məxsus hərbi bazaları ziyarət edib.
Əsədin, İdlib cənub hissəsindəki Al Habit qəsəbəsində yerləşən hərbi hissədə əsgər və zabitlərlə görüşüb. Görüntülər dövlət televiziyasında yayımlanıb.
Qeyd edək ki, Əsəd, vətəndaş müharibəsinin baş verdiyi 2011-ci ildən bu yana İdlibə ilk dəfə ziyarət edib.
Bəşər Əsəd, İdlib ən cənubundakı Türk müşahidə nöqtəsinin 15 kilometr yaxınlıqdakı Hobaiti də ziyarət edib.