İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu feysbuk hesabında gənclə söhbətini əks etdirən video paylaşıb.
Unikal.org xəbər verir ki, görüntülərdə həmin şəxs İmamoğlunu qucaqlayaraq “Universtitet məzunuyam. İşsizlikdən hətta, xaricə qanunsuz miqrant olaraq getməyi düşünürdüm. Mənə bu ölkənin vətəndaşı olduğumu hiss etdirdin” deyərək təşəkkür edib.
Həmçinin oğlan qeyd edib ki, İstanbulda bələdiyyə seçkiləri zamanı heç bir partiyanın üzvü olmadığı halda CHP-yə üzv olub.