Rusiya Afrikaya 2019-cu ildə 4 milyard dollar silah tədarükü edəcək.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib. O, bu silahların Mozambik, Ruanda, Anqola, Uqanda və digər 16 ölkəyə tədarük ediləcəyini bildirib.

Afrika ölkələrinə daha çox aviasiya, hava hücumundan müdafiə, tank əleyhinə komplekslərin göndəriləcəyi vurğulanıb.