Rusiyanın Kirov şəhərinin Perevoz kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, “Ford” markalı mikroavtobusla “VAZ” markalı mink avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Daxili İşlər Nazirliyinin regional şöbəsinin məlumatına görə, ölənlərdən biri 2004-cü il təvəllüdlü yeniyetmə olub.