İzmirdə ötən il aprelin 2-də itən Özlem Akusta ilə bağlı aparılan araşdırılma zamanı polis daha bir məlumat əldə edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, istintaq zamanı qətldə şübhəli bilinən Yunus Qəhrəmanın ATM-dən pul çəkdiyi görüntülər cinayətlə bağlı dosyeyə əlavə edilib.
Yunus Qəhrəmanı voleybolçu olması səbəbiylə böyük olan əlləri ələ verib. Polisin cinayətdə şübhəli bilərək saxladığı Kahraman Ö.Akusta ilə onun itdiyi gün Meydanda görüşüb, ayrıldıqlarını, daha sonra voleybol matçına getdiyini deyib.
Polisin məlumatına görə isə, Yunus və Özləm hadisə baş verən gün Karaburuna birlikdə gediblər. Bir neçə saat sonra Akustanın telefonuna zəng çatmayıb. Elə həmin vaxt Qəhrəmanın da telefonu bağlı olub. Akustanın kredit kartıyla pul çəkilməsi əsnasında bankomatın kamerasının lentə aldığı görüntülər polis tərəfindən araşdırılıb. Araşdırma zamanı pulu çəkməyə çalışan şəxslə Yunus Qəhrəmanın eyni barmaq və əl quruluşuna sahib olduğunu təsbit edilib. İstintaq zamanı şübhəlinin bundan öncəki iki cinayətdə də əli olduğu aşkarlanıb.
Belə ki, ilk hadisə 1999-cu ildə baş verib. İzmirdə 2 qadının öldürülməsi və bir qadının da bir il əvvəl itkin düşməsindən sonra əməliyyat həyata keçirilib. Əməliyyat zamanı Yunus Qəhrəman adı önə çıxıb. Yunus Qəhrəman yaxın yoldaşı Volkan Kırlının bacısı Nilgün Kırlının yanında işə başlayıb. Kassadan pul oğurlandığını fərq edən Nilgün Kırlı Kahramandan şübhələnərək işdən çıxarıb. Bundan sonra Qəhrəman dostunun bacısının evinə girərərk onu öldürüb.
Bu hadisələrdən sonra İzmirdə 2 Aprel 2018-ci ildə Özlem Akusta adlı qadın itkin düşüb. Ailə Akustanın ən son görüşdüyü adamın Yunus Qəhrəmanolduğunu təsbit edib. Bu hadisədən sonra o daha bir cinayətə əl atıb. Belə ki, Özləm cinayəti ilə bağlı polis onun evində axtarış aparan zaman Qəhrəmanın xalası Gülümser Bulutun cəsədini aşkarlayıblar.