Türkiyə Prezidenti Ərdoğanın "Amerikadan istəyəcəyik" dediyi terror təşkilatı YPG-nin liderlərindən Mazlum Kobani üçün nazirlik hərəkətə keçib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi terrorçu YPG və PKK terror təşkilatının liderlərindən kod adı "Məzlum Kobani" olan Ferhat Abdi Şahinin tutulması tələbini əks etdirən ekstradisiya sənədini Xarici İşlər Nazirliyinə göndərib.
Ferhat Abdi Şahinə bağlı çıxarılan qırmızı bülletendən sonra, onun qaytarılması üçün cəhd ediblər. Bu barədə Ədliyyə Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, canlı yayımda açıqlamalar verən prezident Ərdoğan, terror təşkilatı YPG-nin sözdə lideri Mazlum Kobaniyə doğru gedən ABŞ-a qarşı bu ifadələri işlədib:
"Mazlum adlı terrorçu qırmızı bülletenlə axtarılır, ABŞ bizə təslim etməyib, bu adamı bizə təslim etməlidirlər".