Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Unikal.org xəbr verir ki, qəbula müraciət edən vətəndaşlar xroniki xəstəliklərin müalicəsi, müxtəlif ağır cərrahi əməliyyatlar və s. üçün komitə sədrindən köməklik istəyiblər. Qəbulda səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak edib. Seçicilər əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.