Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Unikal.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.
O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.
Qeyd edilib ki, Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.