Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ e-Kitab Evində KTF-in “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirovun müəllifi olduğu kitabların təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, Azİİ e- Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir iştirakçılarını salamladıqdan sonra kitab evi və onun elektron resursları barədə məlumat verib. O, bu gün  təqdimatı keçirilən “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi monoqrafiyası”,  “Səthi-aktiv maddələrin sintezinin texnologiyası”,  “Erməniləri yaxşı taniyaq” adlı kitablarının oxucular tərəfindən maraqla qarışlanacağına ümidvar olduğunu qeyd edib. 
KTF-in “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirov müəllifi olduğu kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnsititutunun professoru, kimya elmləri doktoru Münəvvər İbrahimova, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova, professor Kərəm Şıxəliyev, digər müəlliflərdən Tamara Ayralova, Tamella Naibova çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.