Çilinin paytaxtı Santyaqoda minlərlə insan etiraz aksiyası keçirir.
Unikal.org xəbər verir ki, minlərlə insan şəhərin küçələrinə çıxıb. Aksiya əvvəlcə dinc keçirilsə də, sonradan iğtişaşlar başlayıb.
Çilinin Santyaqo şəhərində hökumət əleyhinə nümayişlərdə etirazçılarla polis arasında qarşıdurma yaranıb. Etirazçılar Molotof kokteyli ilə polisi atəşə tutublar. Nəticədə polis avtomobilləri yanıb və polislər isə ciddi yanğıq xəsarəti alıblar. Yanıq xəsarəti alanlar arasında qadın polislərdə üstünlük təşkil edir. Hadisələrdən sonra molotov kokteyli səbəbindən ən azı altı polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, Cənubi Amerika ölkəsi olan Çilidə nümayişlər, oktyabrın 6-da qiymət artımı ilə başlayıb. Paytaxt Santiaqoda 3 milyondan çox insan buna etiraz edir. 18 oktyabra kimi ölkənin bir çox şəhərlərini bürüyən tətil hadisələrinə səbəb olan hökumət əleyhinə nümayişlər və zorakılığa səbəb oldu.
Nümayişlərdə 23 nəfər ölüb, 218 min adam yaralandı və 9 min 203 adam polis tərəfindən saxlanılıb. Ötən həftənin bazar ertəsi günü Çili prezidenti Sebastyan Pinera aksiyalar fonunda bir neçə naziri vəzifədən kənarlaşdırıb. Vəzifədən azad edilənlər arasında daxili işlər naziri də var.