Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılıb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, O.Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsi İstanbulda davam etdiriləcək.
Hazırda Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına aparılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacır.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer onun vəziyyəti ilə bağlı açıqlama verib.