Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 17 nəfər saxlanılıb. Onların hamısının əcnəbi vətəndaş olduğu bildirilir.
Antiterror əməliyyatının detalları açıqlanmayıb.
Faktla bağlı araşdırma gedir.