İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində ən azı 11 nəfər ölüb və 320 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, ölkənin şimal-qərbindəki Şərqi Azərbaycan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşib.