Rusiyada dəhşətli hadisə yaşanıb.

Unikal.org xarixi KİV-ə istinadən verir ki, tanınmış rus model Yevgenia Znamensçikova sevgilisi tərəfindən bıçaqlanaraq, təcavüzə uğrayıb. Səbəbi isə qısqanclıq olub.

Belə ki, 30 yaşlı model sevgilisi Andrey İvanovla qısqanclıq səbəbindən ayrı yaşamaq qərarı alıb.

Bu isə Andreyin xoşuna gəlməyib. Qısqanc sevgili modeli öldürmək üçün barışma bəhanəsi ilə pıan qurub. O, sevgilisinə zəng edərək əməlindən peşman olduğunu, onunla barışmaq istədiyini deyərək evinə gəlmək istədiyini bildirib. Andrey evə çatar-çatmaz Yevgenianı bir yaşlı uşağının gözü qarşısında bıçaqlayıb, sonra qanlar içində yatan sevgilisinə cinsi təcavüz edib. Daha sonra Andrey hadisə yerindən qaçıb, xoşbəxtlikdən Yevgenianın həyatını xilas etmək mümkün olub.