İranın Şərqi Azərbaycan əyalətində  4.8 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər veir ki,  zəlzələ bu gün günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Türkmənçay bölgəsi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.