Azərbaycanda evini satanlardan alınan vergi yükü azaldılacaq.
Unikal.org xəbər verir ki, bu barədə "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı qeyd edilib.
Məlumatda bildirilir ki, qeydiyyatda olduğu və özünə məxsus evi satan vətəndaşlar üçün vergi yükü azaldılacaq. Azı 5 il müddətində qeydiyyat, 3 təqvim ilinə endiriləcək.
Fiziki şəxslərin xüsusi mülkiyətində olan yaşayış sahələrini satdığı zaman mülkün 30 kvadrat metri vergidən azad ediləcək.