Fransanın cənub-şərq departamenti Dromda 5,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, zəlzələ nəticəsində Ardeş departamentinin 3 və Drom departamentinin 1 sakini yüngül xəsarətlər alıblar.

Məlumatda Le-Tey regionunda təxminən 200 evə ziyan dəydiyi, həmçinin meriya binasında çatların əmələ gəldiyi bildirilir.