Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.
Unikal.org xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.
İclasın gündəliyinə 11 məsələ daxildir.
Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələridir. Həmçinin, Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirə ediləcək.
Plenar iclas noyabrın 13-14-də də davam edəcək.