Prezident Əliyev Yasamal rayon icra başçısını vəzifəsindən azad edib.

Unikal.org-un məlumatına görə, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Prezidentin digər sərəncamı ilə, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.