Prezident İlham Əliyev millət vəkilini Yasamal rayon icra başçısı təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, prezidentin sərəncamı ilə, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Elşad Eldar oğlu Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.
Ailəlidir. 2 övladı var.Partiya mənsubiyyəti yoxdur.