25 yaşlı müəllimə hallalıq istədikdən sonra intihar edib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qaziantepdə Türk dili və ədəbiyyatı müəllimi 25 yaşlı Saadət Harmancı anasıyla telefonla danışaraq ondan halallıq istəyib. Sosial şəbəkədə paylaşım edərək şagirdləri ilə vidalaşan müəllim 6 mərtəbəli binanın sonuncu mərtəbəsinə qalxıb. O daha sonra özünü ataraq intihar edib.
Ağır yaralanan gənc müəllim hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. O aparıldığı xəstəxanada 5 saat sonra dünyasını dəyişib.
Bildirilir ki, bir kafeyə gələn Saadet Harmancı həkim olduğu deyilən nişanlısı C.Ö ilə telefonla danışıqdan sonra intihar edib.