Antalyada 29 yaşlı Gökhan.Ç adlı şəxs evə çağırdığı adama dönər bıçağıyla hücum edərək bədəninin müxtəlif yerlərindən yaralayıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gökhanın bu əməli törətməsinə səbəb həmin şəxsin sevgilisi Hicrana təcavüz etməsi iddiasıdır.
Hadisə yerində gözləyən şübhəli ilə 17 yaşlı sevgilisi ora gələn polislərə təslim olublar. Çətinliklə evdən qaçan Kamal.G-nin xəstəxanaya gedib və təcili əməliyyata alınıb. Onun səhəttinin ağır olduğu bildirilib.