Türkiyə ABŞ-ın "S-400" zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqların pozulması hesab edir.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşün nəticələrini şərh edərkən deyib.
Ərdoğan Türkiyənin "S-400"lərdən imtina etməyəcəyini bildirib: "S-400" zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi, onları alarkən "S-400" komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur".