Pentaqon F-35 proqramı ilə bağlı gözlənilməz açıqlama yayıb.

Unikal.org xəbər verir ki, açıqlamada proqramın ayrılmaz tərkib hissəsi olan Avtonom Logistik İnformasiya Sisteminin (ALİS) bu qırıcıların manevr imkanlarına, döyüş qabiliyyətinə, bir sözlə tələbatlarına cavab vermədiyi bildirilib.

Məlumatda bildirilir ki, ALİS-də baş verən problemləri həll emək mümkündür.

Bu səbəbdən proqramda sistem dəyişikliyinin həyata keçiriləcəyi istisna edilmir.