Tbilisidə parlament binası qarşısında mitinq bərpa edilib.
Unikal.org xəbər verir ki, mitinq iştirakçıları proporsional qaydada parlament seçkilərinin keçirilməsini və növbədən kənar parlament seçkilərinin elan edilməsini tələb edirlər.
Mitinq iştirakçıları hakim "Gürcü Arzusu" Partiyasının sədri Bidzina İvanişvilini siyasətdən getməyə çağırıblar.
Qeyd edək ki, mitinqin keçirildiyi Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.