Xətai rayon Məhkəməsinin qərarı ilə həbs edilən AXCP sədrinin müavini Seymur Həzi azadlığa buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə onun həyat yoldaşı Nigar Həzi məlumat verib.
Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də Bakıda keçirilən icazəsiz mitinqə görə saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılmışdı.