ABŞ-ın Kaliforniya ştatında silahlı insident olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə San-Dieqo şəhərində yerləşən şəxsi evlərdən birində baş verib. İnsident zamanı 5 nəfər həlak olub. Ölənlərdən üçü uşaq, digərləri qadın və kişidir.
Hadisənin təfərrüatı məlum deyil. Polis faktla bağlı araşdırma aparır.