İran İslam Respublikasında son iki gündür davam edən etiraz aksiyalarında 20-dən çox insan həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı bildirib.
Telekanalın məlumatına görə, ölkədə yanacağın qiymətinin kəskin artımına etiraz əlaməti olaraq son günlər ayrı-ayrı şəhərlərdə keçirilən aksiyalarda təxminən 25 nəfər öldürülüb.
İranın hakimiyyət orqanları bununla bağlı rəsmi şərh verməyib. Ölkənin cənubunda yerləşən Sinjan şəhərinin hakimiyyət orqanları ötən günkü etirazlar zamanı bir nəfərin həlak olmasını elan ediblər.
Bir qədər əvvəl, "Fars" agentliyinin yaydığı məlumata görə, İranın ali dini lideri ayətulla Əli Xamenei bildirib ki, yanacağın qiymətinin qalxması haqqında qərar hakimiyyətin üç qolu tərəfindən düşünülüb.