Həkimlər Serbiya Prezidenti Aleksandar Vuçiçin həyatı xilas edib.
Unikal.org xəbər verir ki, Serbiya Səhiyyə naziri Zlatibor Lonçar həkimlərin ürəyindəki problemlə bağlı xəstəxanaya yerləşdirilmiş A. Vuçiçin həyatını xilas etdiklərini bildirib.
Səhiyyə naziri deyib ki, A. Vuçiçin ürəyində kiçik xroniki problem olub, ancaq cümə günü axşam durumu ağırlaşıb və həkimə müraciət edib. Həkimlər dövlət başçısının həyatının təhlükədə olduğu qənaətinə gəliblər. Hərbi-Tibbi Akademiyanın həkimləri təcili lazımi tədbirlər görüb, Prezidentin orqanizmi müalicəyə müsbət reaksiya verib. Səhiyyə naziri həkimlərə təşəkkür edib, onların peşəkarlığını yüksək qiymətləndirib.