İstanbul Bələdiyyəsinin sədri Ekram İmamoğlu məşhur jurnalist Ayşe Armana müsahibə verib.

Unikal.org xəbər verir ki, o, bu yaxınlarda dərgilərdən birinə pozlar verən həyat yoldaşından bəhs edib.

“Həyat yoldaşım bir dərgiyə müsahibə verəcəm, fotolarım çəkiləcək” dedi. Amma o fotoların bu qədər gözəl olacağını bilmirdim. Bilsəm, qarşısını alardım” deyə, söyləyib.

İmamoğlu A.Armanın “Yəqin ki, zarafat edirsiniz” sualına “Yox, bir az ciddi tərəfi var. Çünki fotolar çox gözəl idi” sözləri ilə qarşılıq verib.