ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conqa səslənib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp 2020-ci ildə prezident seçkilərində rəqibi, ABŞ-ın keçmiş vise-prezidenti Joe Bidenə Şimali Koreya Dövlət Agentliyinin (KCNA) “quduz köpək” bənzətməsi xəbərini paylaşaraq Kim Conqa tvitterdən müraciət edib.
ABŞ prezidenti “Səni gəlmək istədiyin nöqtəyə gətirəcək tək insan mənəm. Tələsməlisən və anlaşma yaratmalısan” şəklində açıqlama verib.
O bildirib ki, Biden yuxulu və olduqca yavaş ola bilər, ancaq “quduz köpək” deyil. Sonda Tramp “yaxında görüşərik” xəbərdarlığını edib.
Prezidentin bu açıqlaması ABŞ mediasında reaksiyalara səbəb olub.
Xatırladaq ki, ABŞ-da 2020-ci il prezident seçkilərinə demokrat namizəd Joe Biden qatıldığı bir toplantıda Kimi təhqir edərək Şimali Koreya siyasətini tənqid etmişdi. Bundan sonra KCNA Bideni “çubuqla davranılması gərəkən quduz it” adlandırmışdı.