"Buta Airways" aviaşirkətinin həyata keçirdiyi "Bakı-Xarkov" J2 9687 nömrəli təyyarə reysi gecikir.
Unikal.org xəbər verir ki, sərnişinlərə gecikməyə səbəb kimi Xarkovda hava şəraitinin pis olması göstərilib.
Hazırda 100-dən çox sərnişin hava limanında Xarkova getmək üçün gözləyir.
Qeyd edək ki, Bakı-Xarkov reysi yerli vaxtla saat 09:05-də planlaşdırılmışdı. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə saat 11:30-da yola düşüləcəyi deyilir.